Əsas səhifə » Terrorsuz Türkiyə uğura nail olacaq - Ərdoğan

Terrorsuz Türkiyə uğura nail olacaq - Ərdoğan

BAKI,AzerVoice

Türkiyə Prezidenti Rəcəb Tayyib Erdoğan, Qurban Bayramı münasibətilə video konfrans yolu ilə bayramlaşma proqramı keçirib.

AzerVoice xəbər verir ki, Ərdoğan, çıxışında Türkiyənin gələcəyi ilə bağlı mühüm mesajlar verib və terrorsuz Türkiyə vurğusu edib.

"86 milyonun əzəli və əbədi qardaşlığını gücləndirəcək bu xeyirli prosesi heç bir maneə olmadan uğura çatdıracağıq"- deyə o bildirib.

O, çıxışında , müxalifəti korrupsiya araşdırmaları üzərindən tənqid edib.

"Müxalifətin büründüyü populizm bataqlığının şəhərlərimizin necə uçuruma yaxınlaşdığını hamımız birlikdə dərs olaraq izləyirik" - deyə Ərdoğan vurğulayıb.

Ərdoğan iqtisadiyyata da toxunaraq, inflyasiya, məşğulluq və ixracat sahələrində müsbət xəbərlər aldıqlarını, artım və ixracat göstəricilərindən sonra açıqlanan inflyasiya rəqəmlərinin də hədəflərlə uyğun olduğunu bildirib.

Digər Kateqoriyalar

2025 © Azervoice