BAKI,AzerVoice
Prezident Ərdoğan bir sıra ölkə lideri ilə bayram təbrikləri
mübadiləsi aparıb
AzerVoice
xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qurban
bayramı münasibətilə Ermənistan, Malayziya, İndoneziya və Şimali
Kipr Türk Respublikasının liderləri ilə telefon danışığı
aparıb.
Görüşlər zamanı bayram təbrikləri ilə yanaşı ikitərəfli
münasibətlər və regional məsələlər də müzakirə olunub.
Prezident Ərdoğan Malayziyanın Baş naziri Ənvər İbrahimlə söhbətində iki ölkə arasında əməkdaşlığın hər sahədə inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Tərəflər həmçinin regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Ermənistanın Baş naziri Nikol Paşinyan isə bayram münasibətilə Ərdoğana zəng edib. Görüş zamanı Türkiyə-Ermənistan təmasları, regiondakı normallaşma prosesi və Azərbaycan-Ermənistan sülh danışıqları müzakirə olunub. Prezident Ərdoğan regionda sabitliyin təmin olunmasının əhəmiyyətini qeyd edərək təmasların davam etdirilməsindən məmnunluğunu ifadə edib. Paşinyan da Ərdoğanı və Türk xalqını Qurban bayramı münasibətilə təbrik edib.
Prezident Ərdoğan həmçinin İndoneziyanın yeni seçilmiş Prezidenti Prabowo Subianto ilə danışıb. Tərəflər ikitərəfli münasibətlərin inkişafından məmnun olduqlarını bildiriblər. Ərdoğan əlaqələrin enerjidən səhiyyəyə, təhsildən müdafiə sənayesinə qədər bir çox sahəni əhatə etdiyini vurğulayıb və Subiantonu bayram münasibətilə təbrik edib.
Prezident Ərdoğan Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatarla da telefonla danışaraq onu və ŞKTC xalqını Qurban bayramı münasibətilə təbrik edib.