Əsas səhifə » Türkiyə BMT-nin İqtisadi və Sosial Şurasına üzv seçilib

Türkiyə BMT-nin İqtisadi və Sosial Şurasına üzv seçilib

BAKI, AzerVoice

Türkiyə 2026-2028-ci illər üçün Birləşmiş Millətlər Təşkilatının (BMT) İqtisadi və Sosial Şurasına (ECOSOC) üzv seçilib.

AzerVoice xəbər verir ki, bu barədə Türkiyənin BMT-dəki daimi nümayəndəsi Ahmet Yıldız X sosial şəbəkəsində paylaşım edib.

Yıldız, Türkiyənin ECOSOC-un üzvü seçilməsini elan edərək dəstək göstərən ölkələrə təşəkkür edib və seçilən digər ölkələri təbrik edib.

"Qlobal inkişaf gündəmini irəli aparmaq üçün birgə işləməyi səbirsizliklə gözləyirik"- deyə Yıldız bildirib.

Səsvermənin nəticələrinə əsasən, "Qərbi Avropa və digər ölkələr" qrupunda 174 səslə seçilən Türkiyənin yanında Avstraliya, Finlandiya və Norveç də yer alıb.

Afrikadan 4, Asiya-Sakit Okean bölgəsindən 4, Şərqi Avropadan 3, Latın Amerikası və Karib dənizi bölgəsindən isə 3 ölkə ECOSOC üzvü seçilib.

Seçilən ölkələr 2026-cı il yanvarın 1-dən vəzifələrinə başlayacaqlar.

Digər Kateqoriyalar

2025 © Azervoice