14
BAKI, AzerVoice
Rəcəb Tayyib Ərdoğan Malayziyanın baş naziri Ənvər İbrahimlə telefonla danışıb. Görüşdə Türkiyə ilə Malayziya arasında ikitərəfli əlaqələr, regional və qlobal məsələlər müzakirə edilib.
AzerVoice xəbər verir ki, görüşdə Türkiyə ilə Malayziya arasında ikitərəfli əlaqələr, regional və qlobal məsələlər müzakirə edilib.
Ərdoğan görüş zamanı Türkiyə ilə Malayziyanın hər sahədə əməkdaşlığı inkişaf etdirməyə davam edəcəyini bildirib.
Eyni zamanda, Ərdoğan görüş zamanı Malayziyanın baş naziri İbrahimi də Qurban bayramı münasibətilə təbrik edib.
Qeyd edək ki, 10 fevral tarixində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rəsmi səfər çərçivəsində Malayziyaya səfər edib.