16
BAKI, AzerVoice
Hakan Fidan Kiyevdə Zelenski ilə bir araya gəlib.
AzerVoicexəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan Ukraynanın paytaxtı Kiyevdə prezident Vladimir Zelenski ilə görüş keçirib.
Xarici İşlər Nazirliyi mənbələrinin məlumatına görə, görüş zamanı ikitərəfli münasibətlər, regional təhlükəsizlik və Ukraynadakı son vəziyyət müzakirə olunub. Tərəflər həmçinin Türkiyənin regiondakı vasitəçilik səyləri və Ukraynaya humanitar dəstəyi ilə bağlı fikir mübadiləsi aparıblar.