34
BAKI, AzerVoice
Türkiyənin Bingöl vilayətində 4,4 bal gücündə zəlzələ baş verib.
AzerVoice xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Hallar İdarəetmə Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata əsasən, zəlzələ Bingöl vilayətinin Kığı rayonunda baş verib. Yeraltı təkanların ocağı 7,02 km dərinlikdə qeydə alınıb.