14
BAKI, AzerVoice
Türkiyənin xarici işlər naziri Hakan Fidan Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik üzrə Ali Nümayəndəsi və Avropa Komissiyası sədrinin müavini Kaja Kallasla telefon danışığı aparıb.
AzerVoice xəbər verir ki, bu barədə məlumatı Türkiyə Xarici İşlər Nazirliyindəki mənbələr açıqlayıb.
Telefon danışığında əsas mövzu Rusiya və Ukrayna arasında davam edən müharibənin dayandırılması istiqamətində görülən səylər olub.
Hakan Fidan Rusiyada keçirdiyi görüşlər və davam edən Ukrayna səfəri ilə bağlı təəssüratlarını qarşı tərəflə bölüşüb.
Görüş zamanı regional təhlükəsizlik və diplomatik təşəbbüslərlə bağlı fikir mübadiləsi aparılıb.