Əsas səhifə » Hakan Fidan TDT toplantısında iştirak edəcək

Hakan Fidan TDT toplantısında iştirak edəcək

BAKI, AzerVoice

Türkiyənin Xarici İşlər naziri Hakan Fidan, Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək Türk Dövlətləri Təşkilatının (TDT) Qeyri-rəsmi Zirvəsində Prezident Rəcəb Tayyib Ərdoğana müşayiət edəcək və təşkilatın Qeyri-rəsmi Xarici İşlər Nazirləri Şurasının toplantısında iştirak edəcək.

AzerVoice xəbər verir ki, Fidanın bu gün və sabah keçiriləcək görüşlərdə çıxışı zamanı, beynəlxalq sistemin sülh, sabitlik və ədaləti təmin etməkdə çətinlik çəkdiyi bir dövrdə TDT ölkələrinin əməkdaşlıq ruhu ilə hərəkət edərək regional sahiblənmə və qarşılıqlı dəstək anlayışını gücləndirdiyini vurğulaması gözlənilir.

O, çıxışında, TDT ölkələrinin böyük Türk dünyasının bir parçası olduğunu hər zaman yadda saxlamağın vacibliyinə diqqət çəkəcək və bu şüurla birlikdə hərəkət etməyin əhəmiyyətini qeyd edəcək.

Hakan Fidan, eyni zamanda, Kipr türklərinin onilliklərdir üzləşdiyi ədalətsiz və qeyri-insani təcridlərə qarşı, Şimali Kipr Türk Cümhuriyyəti ilə həmrəy olmağın TDT-nin ortaq məsuliyyəti olduğunu da dilə gətirəcək.

Fidanın çıxışında TDT-nin təşkilati imkan və qabiliyyətlərinin artırılması, nəqliyyat, enerji və davamlı inkişaf sahələrində əməkdaşlığın gücləndirilməsi istiqamətində hədəflərin açıqlanacağı bildirilir.

Qeyd edək ki, növbəti TDT 12-ci Zirvəsi yaxın aylarda Azərbaycanın paytaxtı Bakıda keçiriləcək.

Digər Kateqoriyalar

2025 © Azervoice