Əsas səhifə » Ərdoğan Macarıstana səfər edəcək

Ərdoğan Macarıstana səfər edəcək

BAKI,AzerVoice

20–21 may tarixlərində Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi sammitində iştirak etmək üçün Macarıstana səfər edəcək.

AzerVoice xəbər verir ki, bu barədə "Resmi Gazate" məlumat verib.

Xatırladaq ki, Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin dövlət başçılarının qeyri-rəsmi sammiti 2025-ci il mayın 20–21-də Macarıstanın paytaxtı Budapeşt şəhərində keçiriləcək.

Sammit Macarıstanın Baş naziri Viktor Orbanın dəvəti ilə təşkil olunur. Toplantıda TDT-yə üzv ölkələrin prezidentləri, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistan rəhbərlikləri iştirak edəcək.

Eyni zamanda, sammitdə təşkilata müşahidəçi statusu ilə qoşulan ölkələrin nümayəndələri və TDT-nin Baş katibi də iştirak edəcəklər.

Qeyd edək ki, bu, Türk Dövlətləri Təşkilatının tarixində ilk dəfədir ki, qeyri-rəsmi sammit müşahidəçi ölkənin ərazisində keçirilir.

Digər Kateqoriyalar

2025 © Azervoice