Əsas səhifə » İstanbul Bələdiyyəsində korrupsiya əməliyyatı keçirilib

İstanbul Bələdiyyəsində korrupsiya əməliyyatı keçirilib

BAKI, AzerVoice

İstanbul Böyükşəhər Bələdiyyəsi ilə bağlı korrupsiya istintaqı çərçivəsində üçüncü əməliyyat dalğası həyata keçirilib.

AzerVoice xəbər verir ki, İstanbul Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində İstanbul Böyükşəhər Bələdiyyəsi (İBB) əməkdaşları, şirkət nümayəndələri və digər şəxslər daxil olmaqla 22 nəfər barəsində həbs, axtarış və müsadirə qərarı verilib.

İddialara görə, Taner Çətin adlı şəxsə yaxın şirkətlər tenderlərdə qalib gəlib və əldə olunan mənfəətdən rüşvət kimi istifadə edilərək əmlak alınıb. Həmin vəsaitlərin Medya A.Ş. və Kültür A.Ş. vasitəsilə ötürüldüyü bildirilir.

Qeyd edək ki, Taner Çətinin əvvəllər Beylikdüzü Bələdiyyəsində çalışdığı və İstanbul Böyükşəhər Bələdiyyə Başçısı Əkrəm İmamoğluna yaxın şəxs olduğu iddia olunur.

Digər Kateqoriyalar

2025 © Azervoice