14
BAKI, AzerVoice
Türkiyə Müdafiə və Təhlükəsizlik Baş İdarəsinin rəhbəri general-mayor İlkay Altındağın rəhbərlik etdiyi hərbi heyət Suriyanın paytaxtı Dəməşqə rəsmi səfər edib.
AzerVoice xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi (MSB) məlumat verib.
Məlumata əsasən, heyət Suriya müdafiə naziri Murhef Abu Kasra tərəfindən qəbul olunub. Görüşdə hərbi əməkdaşlıq və koordinasiya məsələləri müzakirə edilib.