Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Baş xəbər

    Yardım adı ilə məcburi köç - İsrail və ABŞ-ın Qəzzada yeni planı

    20 May 2025 22:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice Analitik təhlil Mərkəzi

    İsrail ordusunun Qəzzaya qarşı apardığı intensiv hava hücumları və ardıcıl qətliamların ardından, ordu yeni bir mərhələyə keçdiyini elan edib: “Murəkkabat Cid`un” adlı genişmiqyaslı quru əməliyyatlarının hazırlıq mərhələsi artıq başlayıb.

    Bu ad, İsrail ordusunun genişmiqyaslı quru əməliyyatına verdiyi rəsmi və ya simvolik addır. Burada " Cid`un " (جِدْعُون) — yəhudi mifologiyasında və Tövratda adı keçən qədim döyüşçü və hakimdir. " Murəkkabat " (مركبات) isə "nəqliyyat vasitələri", daha çox hərbi kontekstdə "zirehli texnika" və ya "döyüş maşınları" anlamına gəlir.

    Bu hücumlar nəticəsində bəzi ailələr bütövlükdə məhv edilib və Qəzza boşaldılmaq üzrədir.

    Bu hərbi eskalasiyalarla paralel olaraq, ABŞ rəhbərliyinin təşəbbüsü ilə “Qəzza Humanitar Fondu” adlı yeni mexanizm hazırlanır. Bu plana əsasən, əhali cənub bölgələrinə – o cümlədən, artıq mühasirədə olan Rəfaha – uzun məsafələr qət edərək ərzaq almağa getməli olacaq və yardım əldə etməzdən əvvəl təhlükəsizlik yoxlamasından keçməlidirlər.

    “HƏMAS liderlərini zərərsizləşdirmək və humanitar təzyiq göstərmək”

    13 may tarixində İsrail ordusu Xan Yunisdəki Avropa Qəzza Xəstəxanasının ətrafını 9 ağır bomba ilə vuraraq “Əl-Qəssam” briqadasının yeraltı qərargahını “hədəfə” aldığını açıqlayıb. Hücum zamanı tanınmış HƏMAS komandiri Məhəmməd əs-Sinvarın – HƏMAS -ın keçmiş siyasi rəhbəri Yəhya əs-Sinvarın qardaşı – hədəfə alındığı iddia edilsə də, bu məlumat rəsmi şəkildə təsdiqlənməyib.

    Digər tərəfdən İsrail ordusu fasiləsiz şəkildə şimal, mərkəz və cənub bölgələrinə hücumlarını gücləndirib. Qəzzanın səhiyyə nazirliyi 500-dən çox fələstinlinin öldüyünü, bunlardan təxminən 150 nəfərin hələ də dağıntılar altından çıxarıla bilmədiyini bildirib. Hücumlar təkcə yaşayış məntəqələrini deyil, həm də xəstəxanaları, yardım mərkəzlərini və məktəbləri hədəf alıb.

    Yardım planı və təhlükələr

    İsrailin mart ayından bəri Qəzzaya giriş-çıxışı tamamilə bağlaması nəticəsində bölgədə aclıq və xəstəlik halları kəskin artıb. Hazırda Misir tərəfində təxminən 39 min yardım maşını keçid gözləyir. ABŞ-ın İsraildəki səfiri Mayk Hakabi, bu böhrana cavab olaraq, “Qəzza Humanitar Fondu” adlı planı elan edib. Plana əsasən, may ayının sonunadək ərzaq yardımı bölgəyə daxil ediləcək.

    ABŞ səfirliyi tərəfindən Qüdsdə keçirilən mətbuat konfransında Hakabi bildirib ki, bu təşəbbüs prezident Donald Trampın şəxsi təşəbbüsüdür və yardımlar beynəlxalq təşkilatlarla birgə şəkildə və İsrail ordusundan asılı olmadan, xüsusi təhlükəsizlik təminatı ilə paylanacaq.

    Lakin Həmas bu planı rədd edib və bəyan edib ki, Hakabinin ittihamları yalan və əsassızdır. Hərəkat, ABŞ və İsrailin bu mexanizmi aclıq vasitəsilə fələstinliləri itaətə məcbur etmək və zorakı köçə məcbur etmək üçün istifadə etdiyini bildirib.

    BMT və UNRWA-nın reaksiyası

    ABŞ-ın təqdim etdiyi plan 14 səhifəlik sənəddə əks olunub. Bu sənəddə göstərilir ki, ilkin mərhələdə 4 yardım paylama mərkəzi qurulacaq və bu mərkəzlər cəmi 1.2 milyon nəfərə, yəni əhalinin yarısına xidmət edəcək. Bir payın dəyəri isə cəmi 1.3 dollar olacaq.

    BMT və UNRWA daxil olmaqla bir çox beynəlxalq humanitar təşkilatlar bu planı qətiyyətlə rədd ediblər. BMT-nin Humanitar Koordinasiya Ofisi (OCHA) bildirib ki, bu mexanizm “praktiki baxımdan qeyri-effektivdir, beynəlxalq humanitar prinsiplərlə uyğun gəlmir və təhlükəsizlik böhranı riski yaradır”.

    UNRWA sözçüsü Adnan Əbu Həsnə isə bildirib ki, ABŞ bu cür planlarla əvvəllər də çıxış edib, lakin bu planlar istənilən nəticəni verməyib. Onun sözlərinə görə, UNRWA-nın Qəzzada 13 min əməkdaşı, yüzlərlə yardım mərkəzi və logistik imkanları var və bu böhrana neytral şəkildə cavab verə biləcək yeganə orqandır.

    Məcburi yoxlama və daxili köç təhlükəsi

    Planın ən çox tənqid olunan hissəsi isə yardım almaq üçün insanların təhlükəsizlik yoxlamasından keçməyə məcbur edilməsidir. Əgər bir şəxs bu yoxlamadan keçməzsə, o, yardım almaq hüququndan məhrum edilir. UNRWA və digər təşkilatlar bildirirlər ki, bu, faktiki olaraq məcburi daxili köçə və Rəfah bölgəsinin həddindən artıq yüklənməsinə səbəb olacaq.

    Fələstinli siyasi analitik İsmət Mənsur isə bildirir ki, ABŞ-ın planı İsrail ordusunun quru əməliyyatlarını uzunmüddətli davam etdirməsi üçün humanitar şərait yaradır. Onun fikrincə, bu yardım planı beynəlxalq hüquq normalarını nəzərə almadan həyata keçirilir və əsas məqsəd böhranı idarə etmək deyil, böhranı uzatmaqdır.

    #Qəzza #Qəzza zolağı #HƏMAS #UNRWA #Qəzza hücumu #Qəzza böhranı və ərəb mövqeyi #Qəzza münaqişəsi #HƏMAS və Hizbullah əlaqələri #Trampın Qəzza planı #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Misirin Qəzza siyasəti #İsrail və HƏMAS müharibəsi #Qəzzada humanitar böhran #HƏMAS girovları #Qəzzanın işğalı #Donald Tramp və Qəzza planı #Qəzza sakinlərinin köçü #HƏMAS və İslami Cihad #İsrail və UNRWA gərginliyi #UNRWA fəaliyyət qadağası #Qəzza və Livanda AI texnologiyaları #HƏMAS-ın mövqeyi #BMT-nin Qəzza hesabatı #HƏMAS və Qəzzanın gələcəyi #Qəzzanın bərpası 2025 #Qəzzada infrastruktur yeniləmələri #Körfəz ölkələrinin Qəzzaya dəstəyi #Misir və Səudiyyə Qəzza planı #Qəzzanın yenidənqurma xərcləri #Qəzzada müharibədən sonrakı vəziyyət #Qəzza böhranı və Qərbin mövqeyi #HƏMAS rəsmisi Usamə Həmdan #7 Oktyabr HƏMAS hücumu #HƏMAS və İsrail müharibəsi #İsrail hökuməti HƏMAS hücumuna niyə hazır deyildi? #HƏMAS İsrailə necə hücum etdi? #ABŞ-ın HƏMAS-a qarşı strategiyası #HƏMAS-ın girovlarla bağlı siyasəti #HƏMAS və İsrail münaqişəsi #Həmasın təşkilati strukturu #Xalq HƏMAS-ın uzaqlaşdırılmasını istəyir #HƏMAS-ın raket atışları təxliyələrə səbəb olur #İsrailin HƏMAS-a qarşı siyasəti #HƏMAS və İsrail #UNRWA rəhbəri Filip Lazzarini #Yardım adı ilə məcburi köç #Qəzza humanitar planı #İsrail ABŞ Qəzza yardımı #Qəzza Humanitar Fondu #Qəzzada ərzaq qarşılığında yoxlama #Rəfah bölgəsində daxili köç #UNRWA BMT Qəzza mövqeyi #Qəzzada humanitar böhran 2025
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İsrailin Qərb Sahilində addımları beynəlxalq hüquqa ziddir - BMT

    11 Fevral 2026 12:46

    İndoneziya Qəzzaya ordu göndərir: 8 minədək hərbçi hazırlıqlara başlayıb

    10 Fevral 2026 14:37

    Qəzzada atəşkəs dövründə 573 nəfər həlak olub

    10 Fevral 2026 14:23

    Netanyahu Vaşinqtona yollanır - İsrail ABŞ-dan İranla daha geniş razılaşma tələb edir

    10 Fevral 2026 11:15

    Tramp İsrailin İordan çayının qərb sahilini ilhaq etməsinə qarşıdır

    10 Fevral 2026 11:03

    İordan çayının qərb sahilində iqtisadi çöküş: 100 min fələstinli işsiz və ac qalıb

    10 Fevral 2026 10:17

    Türkiyə və müttəfiqlərindən ortaq bəyanat: İsrailin qanunsuz qərarları beynəlxalq hüquqa ziddir

    9 Fevral 2026 15:31

    İsrail atəşkəs dövründə Qəzzada 1500-dən çox hücum həyata keçirib

    9 Fevral 2026 13:22

    Qəzza üzrə Sülh Şurası iclasının mümkün tarixi açıqlandı

    7 Fevral 2026 17:36

    İlin əvvəlindən bəri Qəzzada 37 fələstinli uşaq həyatını itirib - UNICEF

    7 Fevral 2026 13:12

    İsrail ordusu atəşkəsə baxmayaraq Qəzza zolağında hücumlarını davam etdirir

    7 Fevral 2026 11:57

    İranla görüş çox yaxşı keçdi, gələn həftə yenidən görüşəcəyik - Tramp

    7 Fevral 2026 09:20
    XƏBƏR LENTİ

    Qənimət Zahid 2013-cü ildə Azərbaycanı KTMT-yə üzv etmək vədini verib

    Ramiz Mehdiyevin səs yazısı yayıldı - Xarici xidmət orqanları ilə danışır

    Əli Kərimli iyul hadisələrində AZTV-ni ələ keçirməklə bağlı tapşırıq verib – DTX

    Milli Şura xarici xüsusi xidmət orqanlarının dəstəyi ilə iğtişaşlara hazırlaşıb - DTX

    Suriyadakı inkişafları yaxından izləyirik - Türkiyə MN

    DTX Ramiz Mehdiyev, Abbas Abbasov, Əli Kərimli və digərləri barədə məlumat yayımladı

    Türkiyənin Qazaxıstana kimyəvi maddə ixracı yanvar ayında 14,8 faiz azalıb (ÖZƏL)

    Suriya Səudiyyə Ərəbistanı ilə münasibətlərin möhkəmliyini bir daha təsdiqlədi

    ICESCO-nun Baş direktoru Prezident İlham Əliyevə məktub ünvanlayıb

    BP-Azerbaijan hesabat yaydı: Şahdənizdə qaz hasilatı 3,6 faiz azalıb

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.