BAKI,
AzerVoice
İstanbulda keçiriləcək Rusiya-Ukrayna danışıqlarının təxirə
salınmasından söhbət gedə bilməz.
AzerVoice xəbər verir ki, Türkiyənin
Xarici İşlər Nazirliyi mənbələri İstanbulda baş tutacağı gözlənilən
Rusiya-Ukrayna sülh danışıqları ilə bağlı açıqlama yayıb.
Bildirilib ki, hazırda planlaşdırılmış konkret görüş yoxdur və bu
səbəbdən təxirə salınma barədə danışmaq doğru deyil. Nazirliyin
məlumatına görə, texniki Rusiya nümayəndə heyəti artıq İstanbula
çatıb, bəzi ABŞ rəsmiləri də şəhərdədir.
Eyni zamanda, Ukrayna prezidenti Zelenski qısa müddət ərzində
Ankarada prezident Ərdoğanla görüşəcək.
Qeyd edək ki, NATO Xarici İşlər Nazirlərinin qeyri-rəsmi toplantısı hazırda Antalyada davam edir və Türkiyənin xarici işlər naziri orada iştirak edir.