BAKI,AzerVoice
İstanbulda mütəşəkkil cinayətkarlara qarşı aparılan əməliyyat
zamanı 104 nəfər saxlanılıb, 58-i həbs edilib.
AzerVoice xəbər verir ki, İstanbulun 15 rayonunda aparılan genişmiqyaslı əməliyyatlar zamanı atışma, qarət və təhdidlər törədən mütəşəkkil cinayət qruplarına və onları silahla təmin edən şəxslərə qarşı tədbirlər həyata keçirilib.
Əməliyyatlar zamanı ümumilikdə 104 nəfər saxlanılıb, onlardan 58-i məhkəmənin qərarı ilə həbs olunub. Digər 23 nəfər barəsində məhkəmə nəzarəti tətbiq edilib. Əlavə olaraq, sosial şəbəkələrdə silah nümayiş etdirərək qorxu yaratmağa çalışan 45 nəfər də müəyyən edilib.
Axtarışlar zamanı 325 sənədsiz tapança, 2 uzunlüləli tüfəng, 2 ov tüfəngi, minlərlə patron və tapança hissələri, 5 oğurlanmış motosiklet və 1 avtomobil ələ keçirilib. Qanunsuz silah istehsal edilən 5 sexə də basqın təşkil olunub.
Qeyd edək ki, əməliyyatlar 15 aprel - 15 may tarixləri arasında Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin koordinasiyası ilə həyata keçirilib və nəticələr İstanbul Polis İdarəsinin Vətən şəhərciyində sərgilənib. Tədbirdə İl Təhlükəsizlik Müdiri Selami Yıldız da iştirak edib.