Əsas səhifə » Rusiya-Ukrayna danışıqları ya bugün axşam, ya da sabah baş tuta bilər - Zelenski

Rusiya-Ukrayna danışıqları ya bugün axşam, ya da sabah baş tuta bilər - Zelenski

BAKI, AzerVoice

Rusiya və Ukrayna arasında danışıqlar ya 15 may axşamı, ya da sabah baş tuta bilər.

AzerVoice xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski bildirib.

O həmçinin qeyd edib ki, Ukrayna nümayəndə heyəti İstanbula yola düşüb.

"Danışıqlar bu axşam da ola bilər, sabah da" – deyə o, bildirib.

Xatırladaq ki, mayın 11-də Rusiya Prezidenti Vladimir Putin Ukrayna rəhbərliyinə 2022-ci ildə kəsilmiş birbaşa danışıqları heç bir ilkin şərt qoymadan mayın 15-də İstanbulda bərpa etməyi təklif etmişdi.

Digər Kateqoriyalar

2025 © Azervoice