Əsas səhifə » Zelenskinin Ankaraya səfəri başlayıb

Zelenskinin Ankaraya səfəri başlayıb

BAKI, AzerVoice

Ukrayna prezidenti Vladimir Zelenski rəsmi səfər çərçivəsində Türkiyəyə gəlib.

AzerVoice xəbər verir ki, Zelenskini daşıyan təyyarə saat 12:14-də Ankara Esenboğa hava limanına enib.

Onu Ukraynanın xarici işlər naziri Andrii Sybiha və digər rəsmilər qarşılayıb.

Günün ikinci yarısında Ankaradakı Prezident Kompleksində Zelenskinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü planlaşdırılır.

Qeyd edək ki, Zelenskinin Türkiyə səfəri NATO Xarici İşlər Nazirlərinin Antalyadakı qeyri-rəsmi toplantısından sonra gerçəkləşir. Eyni zamanda, bu gün tarixi sülh sammitinin də keçirilməsi gözlənilir.

Digər Kateqoriyalar

2025 © Azervoice