Əsas səhifə » Prezident İlham Əliyev Albaniyaya işgüzar səfərə gəlib

Prezident İlham Əliyev Albaniyaya işgüzar səfərə gəlib

TİRANA, AzerVoice

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 15-də Albaniya Respublikasının Baş naziri Edi Ramanın və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın dəvəti ilə “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısında iştirak etmək üçün Tiranaya işgüzar səfərə gəlib.

AzerVoice xəbər verir ki, Tirana şəhərinin Beynəlxalq Hava Limanında dövlətimizin başçısını Albaniya Baş nazirinin müavini, İnfrastruktur və energetika naziri Belinda Balluku və digər rəsmi şəxslər qarşıladılar.

Xəbər yenilənəcək

Digər Kateqoriyalar

2025 © Azervoice