BAKI, AzerVoice
Pakistan və Hindistan arasında əldə olunan atəşkəsin müddəti uzadılıb.
AzerVoice xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər naziri Məhəmməd İşaq Darın verdiyi açıqlamada bildirilib.
Açqılamaya əsasən, iki ölkə arasında əldə olunan atəşkəs müddəti mayın 18-ə qədər uzadılıb.
İshaq Dar parlamentdə bildirib ki, hər iki ölkənin ordusu arasında keçirilən telefon danışığından sonra atəşkəsin uzadılması barədə razılıq əldə olunub və bu qərar qüvvədə qalacaq.
Qeyd edək ki, aprelin 22-də Hindistanın Pahalgam bölgəsində törədilən və 26 nəfərin həyatını itirdiyi terror hücumuna cavab olaraq Hindistan mayın 6-da Pakistan ərazisinə və Pakistanın nəzarətində olan Kəşmir bölgəsinə raket zərbələri endirmişdi. Bu hadisələrdən sonra iki ölkə arasında gərginlik və hərbi toqquşmalar başlamışdı.
Mayın 10-da isə ABŞ-ın vasitəçiliyi ilə Hindistan və Pakistan arasında atəşkəs razılaşması əldə olunmuşdu.