BAKI, AzerVoice
ABŞ Prezidenti Donald Tramp Qətərin Əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə Dohada keçirdiyi danışıqlar zamanı Ukrayna münaqişəsinin sülh yolu ilə həlli məsələsini müzakirə edib.
AzerVoice xəbər verir ki, bu barədə Trampın verdiyi açqılamada deyilir.
“Bu çox maraqlı bir söhbət idi. Biz sülhü müzakirə etdik. Biz Rusiya və Ukraynanı müzakirə etdik. Biz həmçinin İran məsələsini də müzakirə etdik – orada çox maraqlı vəziyyət yaranıb. Məncə, hər şey bir şəkildə yoluna düşəcək” – deyə, Tramp bildirib.
ABŞ prezidenti əlavə edib ki, Qətər “Boeing” aviasiya şirkətindən 160-dan çox təyyarə sifariş verəcək və bu sifarişin ümumi dəyəri 200 milyard dollar olacaq.
“Bu, Boeing tarixindəki ən böyük təyyarə sifarişidir” – deyə, Tramp vurğulayıb.
Bundan əlavə, hərbi sahədə ikitərəfli sazişlər də imzalanıb.