Əsas səhifə » Türkiyədə maliyyə fırıldaqçılarına qarşı əməliyyat keçirilib

Türkiyədə maliyyə fırıldaqçılarına qarşı əməliyyat keçirilib

BAKI, AzerVoice

Türkiyədə maliyyə fırıldaqçılarına qarşı geniş əməliyyatda 146 nəfər saxlanılıb.

AzerVoice xəbər verir ki, Türkiyənin 49 əyalətində kredit şirkətləri və maliyyə fırıldaqçılarına qarşı aparılan əməliyyatlar zamanı 146 nəfər saxlanılıb.

Daxili işlər naziri Ali Yerlikaya sosial media hesabında paylaşdığı məlumata görə, əməliyyatlar Adana, Ərzurum, Kahramanmaraş, Yalova və Düzce də daxil olmaqla 49 vilayətdə keçirilib.

Nazirin açıqlamasında bildirilir ki, saxlanılan şəxslər “ağır fırıldaqçılıq”, “dövlət qurum və təşkilatlarına qarşı dələduzluq”, “mənimsəmə”, “tender və öhdəliklərə müdaxilə”, “rəsmi sənədlərin saxtalaşdırılması”, “pul saxtakarlığı” və “Vergi Proseduru Qanununu pozma” maddələri ilə ittiham olunurlar.

Əməliyyatlar zamanı qeyri-qanuni qızıl emalatxanaları aşkarlanıb, sənədsiz odlu silahlar, çoxlu sayda çek, veksel və digər maliyyə sənədləri müsadirə olunub.

Digər Kateqoriyalar

2025 © Azervoice