BAKI, AzerVoice
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistan ilə Hindistan arasında artan gərginliyin isti münaqişəyə çevrilməsindən dərin narahatlıq keçirdiklərini bildirib.
AzerVoice xəbər verir ki, bu barədə Ərdoğanın verdiyi açıqlamada deyilir.
“Hava hücumlarında həlak olan qardaşlarımıza Allahdan rəhmət diləyir, Pakistan xalqına və dövlətinə bir daha başsağlığı veririk” - deyə, Ərdoğan qeyd edib.
Türkiyə Prezidenti, Pakistan Baş naziri Məhəmməd Şahbaz Şərif ilə apardığı telefon danışığında iki ölkə arasındakı gərginliyi müzakirə etdiklərini bildirib.
Ərdoğan həmçinin vurğulayıb ki, Pakistanın terror hücumlarına dair beynəlxalq müstəvidə araşdırma aparılması təklifi dəyərli və konstruktiv addımdır.
“Hadisələri daha da alovlandırmaq istəyənlər olsa da, biz Türkiyə olaraq gərginliyin azaldılması və dialoq kanallarının açılması istiqamətində hər cür səy göstərməyə davam edirik” - deyə, o qeyd edib.