BAKI,AzerVoice
Kanadada 28 aprel 2025-ci il tarixində keçirilən ümumi seçkilərdə Liberal Partiyasının namizədi Şima Açan 52,64 faiz səs toplayaraq Kanada Parlamentinə daxil olan ilk Türk əsilli deputat olmaq şərəfinə nail olub.
AzerVoice xəbər verir ki, Mark Karninin başçılıq etdiyi Liberal Partiyasının seçkilərdə çoxluğu əldə etməsi ilə Açan, Kanada tarixində bir ilki gerçəkləşdirərək parlamentdə yerini alıb.
Ankara doğumlu olan və 2003-cü ildə Işık Universitetini bitirən Şima Açan, 2007-ci ildən bəri Kanadada yaşayır.
Yerli bir robototexnika şirkətinin sahibi kimi mühəndislik və innovasiya sahəsində fəaliyyət göstərən Açan, eyni zamanda Kanada Türk Dərnəkləri Federasiyasının keçmiş prezidenti kimi tanınır. Onun bu uğuru Kanada’daki Türk diasporası üçün də böyük qürur mənbəyi olub.
Şima Açanın bu tarixi uğuru, Kanadadaki Türk icmasının siyasi səhnədə təmsilçiliyini gücləndirəcək və ölkənin multikultural siyasət mühitində mühüm bir addım kimi qiymətləndirilir.