BAKI,AzerVoice
Türkiyədə FETÖ-yə qarşı 42 şəhərədə əməliyyat keçirilib.
AzerVoice xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Naziri Ali Yerlikaya X sosial media hesabında paylaşım edib.
Respublika Baş Prokurorluqları, Təhlükəsizlik İdarəsinin Terrorla Mübarizə və Kəşfiyyat Şöbələrinin koordinasiyasında aparılan əməliyyatlar çərçivəsində 169 şübhəli saxlanılıb.
Əməliyyatlarda saxlanılan şübhəlilər FETÖ terror təşkilatının “cari strukturu, maliyyə strukturu, tələbə strukturu, polis məxfi strukturu, hərbi məxfi strukturu” və müxtəlif peşə qrupları daxilində fəaliyyət göstərmək, sosial media platformalarında təşkilatın təbliğatını aparmaq, təşkilatın şifrəli rabitə proqramı “ByLock” istifadəçisi olmaq kimi cinayətlərdə ittiham olunurdu.
Bundan əlavə, əməliyyatlarda FETÖ ilə bağlı araşdırmalarda ifadə və tanınma proseslərində adı keçən, haqqında yekunlaşmış həbs cəzası və axtarış qeydi olan şəxslər də saxlanılıb.
Əməliyyatlarda lisenziyasız silah və tüfənglər, böyük miqdarda xarici valyuta və Türk lirəsi, çox sayda sənəd və rəqəmsal material ələ keçirilib.