Əsas səhifə » Türkiyə və Rusiya Yaxın Şərq məsələlərini müzakirə edəcək

Türkiyə və Rusiya Yaxın Şərq məsələlərini müzakirə edəcək

BAKI, AzerVoice

Türkiyə və Rusiya arasında Yaxın Şərq məsələlərinə dair xarici işlər nazir müavinləri səviyyəsində məsləhətləşmələr sabah İstanbulda keçiriləcək.

AzerVoice xəbər verir ki, görüşdə Türkiyəni nazir müavini Dr. Nuh Yılmaz, Rusiyanı isə nazir müavini Mixail Boqdanov təmsil edəcək.

Görüşün əsas gündəm mövzusu Suriya və Fələstin olmaqla, bölgədəki aktual siyasi proseslər və regional təhlükəsizlik məsələləri olacaq.

Qeyd edək ki, Rusiya, Türkiyənin Yaxın Şərqdəki proseslərə dair fikir mübadiləsinə önəm verdiyi əsas tərəfdaşlardan biri kimi qiymətləndirilir.

Xəbər yenilənəcək...

Digər Kateqoriyalar

2025 © Azervoice