BAKI,AzerVoice
Mərmərə Dənizinin Büyükçekmece sahillərin 4,1 bal gücündə zəlzələ baş verib.
AzerVoice xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) məlumat verib.
Məlumata əsasən, zəlzələ yerin 7 kilometr dərinliyində baş verib.
Qeyd edək ki, İstanbulun Silivri sahillərində baş verən 6,2 bal gücündə zəlzələ şəhərdə və ətraf vilayətlərdə güclü şəkildə hiss olunub. Hadisə nəticəsində can itkisi qeydə alınmasa da, çaxnaşma səbəbindən yüksəklikdən tullanaraq xəsarət alanlar olub.
Həmçinin qeyd edək ki, zəlzələdən sonra 166 afterşok qeydə alınıb.