Əsas səhifə » Sabiha Gökçen Avropanın ən işlək hava limanları siyahısındadır

Sabiha Gökçen Avropanın ən işlək hava limanları siyahısındadır

BAKI, AzerVoice

Sabiha Gökçen Hava Limanı sərnişin sayına görə Avropanın ikinci ən işlək hava limanı olub.

AzerVoice xəbər verir ki, İstanbul Sabiha Gökçen Hava Limanı 2025-ci ilin yanvar-fevral aylarında sərnişin sayını 8,7 faiz artıraraq, Avropa üzrə “Əsas Hava Limanları” kateqoriyasında ikinci sıraya yüksəlib.

Sabiha Gökçen hava limanında sərnişindaşıma 10 milyon nəfəri keçib (ÖZƏL)

Avropa Hava Limanları Şurasının (ACI) dərc etdiyi son hesabatda qeyd olunub ki, 40 milyon və daha çox sərnişinə xidmət göstərən hava limanları arasında Sabiha Gökçen bu yüksəlişi ilə diqqət mərkəzinə düşüb.

Fevral ayı və ümumilikdə yanvar-fevral dövrü ərzində isə İstanbulun bu hava limanı sərnişin sayına görə Avropada 8-ci ən işlək hava limanı kimi qeydə alınıb.

Sabiha Gökçen Hava Limanında beş ayrı rekord

Qeyd edək ki, Sabiha Gökçen Hava Limanı 2024-cü ildə də yüksək performans göstərərək regionun əsas nəqliyyat mərkəzlərindən birinə çevrilib.

Digər Kateqoriyalar

2025 © Azervoice