Bakı. AzerVoice:
Türkiyə xarici işlər naziri Hakan Fidan HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə ilə görüşüb.
AzerVoice xəbər verir ki, bu barədə Türkiyə XİN-dən bildirilib.
Fidan Qətərdə Həmas Siyasi Bürosunun rəhbəri Haniyə və onun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Görüş zamanı atəşkəs danışıqlarındakı son vəziyyət müzakirə olunub.
Qeyd edək ki, Qəzzanın Səhiyyə Nazirliyi bildirir ki, Qəzzada 3 mindən çox fələstinli öldürülüb və 2,3 milyon əhalisinin əksəriyyəti evlərini tərk etmək məcburiyyətində qalıb.
Nazirlik öz sayında mülki şəxslər və döyüşçülər arasında fərq qoymur, lakin qadınların və uşaqların ölənlərin üçdə ikisini təşkil etdiyini bildirir.
İsrail dinc sakinlərin ölməsində HƏMAS-ı günahlandırır, çünki yaraqlılar sıx yaşayış məntəqələrində döyüşürlər.
İsrail heç bir sübut təqdim etmədən 13 min HƏMAS döyüşçüsü öldürdüyünü bildirib.
Hafiz Rufizoğlu