Əsas səhifə » Türkiyənin polad məhsulları ixracı 5 milyard dolları ötüb (ÖZƏL)

Türkiyənin polad məhsulları ixracı 5 milyard dolları ötüb (ÖZƏL)

Bakı. AzerVoice:

2024-cü ilin yanvar-aprel aylarında Türkiyənin polad məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 12 faiz artaraq, 5,2 milyard dollara bərabər olub.

Bu barədə AzerVoice-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin mart ayında Türkiyə 1,2 milyard dollar məbləğində polad məhsulları ixrac edib ki, bu da keçən ilin mart ayı ilə müqayisədə 13,6 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (mart 2023-mart 2024) Türkiyə 15,4 milyard dollar məbləğində polad məhsulları ixrac edib.

Digər Kateqoriyalar

2025 © Azervoice