Bakı, AzerVoice:
Ege dənizində 4,2 maqnitudalı zəlzələ baş verib.
AzerVoice xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) bildirib.
Zəlzələ yerin 9,65 kilometr dərinliyində baş verib.
İlkin məlumatlara görə, zəlzələ nəticəsində dağıntıların olmadığı bildirilib.