Əsas səhifə » ASELSAN İndoneziya ilə əməkdaşlığını gücləndirir

ASELSAN İndoneziya ilə əməkdaşlığını gücləndirir

Bakı, AzerVoice

ASELSAN, İndoneziyanın müdafiə sənayesi ekosisteminə töhfə vermək məqsədilə İndoneziyanın Republikorp şirkəti ilə razılaşma imzalayıb.

AzerVoice xəbər verir ki, razılaşma çərçivəsində hərbi rabitə sistemlərinin istehsalı, imkan və bacarıqların inkişaf etdirilməsi üçün birgə müəssisə yaradılması, həmçinin İndoneziyanın Pilotsuz Dəniz Vasitəsi Layihəsi çərçivəsində ASELSAN-ın döyüş və elektron sistemlərinin mümkün satışı üçün əməkdaşlıq edilməsi nəzərdə tutulur.

Saziş, İndoneziyanın müdafiə sənayesində yerli imkanları artırmağı və ASELSAN-ın bölgədəki əməkdaşlığını gücləndirməyi hədəfləyir. Bu çərçivədə ASELSAN və Republikorp şirkəti hərbi rabitə sistemlərinin istehsalı üçün birgə müəssisə quracaq.

ASELSAN-ın baş direktoru Ahmet Akyol sosial media hesabında belə bir paylaşım edib:

"Hörmətli Prezidentimizin liderliyi altında, Türkiyə-İndoneziya müdafiə sənayesi əməkdaşlığını gücləndirmək üçün İndoneziyadayıq. Bu çərçivədə ASELSAN ilə İndoneziyanın Republikorp şirkəti arasında hərbi rabitə sistemlərinin istehsalı, imkan və bacarıqların inkişaf etdirilməsi üçün ortaq birgə müəssisənin yaradılmasına dair çərçivə müqaviləsi imzaladıq. Xeyirli olsun!"

Digər Kateqoriyalar

2025 © Azervoice