Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Türk Dövlətləri

    Suriya və İraqda aparılan əməliyyatlar Türkiyənin mövcudluğuna yönəlmiş planları puç edir – Ərdoğan

    24 Oktyabr 2025 12:23
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    Prezident Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyənin İraq və Suriyadakı mövcudluğunun səbəbləri artıq bütün dünya tərəfindən məlumdur, lakin müxalifət partiyası CHP (Cümhuriyyət Xalq Partiyası) hələ bunu dərk etməyib.

    AzerVoice xəbər verir ki, Ərdoğan vurğulayıb ki, CHP məsələnin partiya yox, dövlət işi olduğunu başa düşməyib və son hadisələrin partiyanı da bu həqiqəti anlamağa sövq edəcəyinə inanır.

    “Çünki mən inanıram ki, bazadan onlara da ciddi təzyiq gələcək.”-deyə Ərdoğan bildirib.

    Türkiyə Prezidenti əlavə edib ki, Suriyada və İraqda aparılan əməliyyatlar yalnız terrorla mübarizə deyil, həm də Türkiyənin mövcudluğuna qarşı yönəlmiş planları puç edən əməliyyatlardır.

    “Bunun nəticələrini əldə etdiyimizə inanıram. Qeyd edək ki, sabitliyin pozulduğu məkanlarda terror təşkilatları inkişaf edir. Biz onlara bu imkanları heç vaxt verməməliyik.”-deyə Türkiyə prezdenti qeyd edib.

    Ərdoğan CHP rəhbərliyinə müraciət edərək, sərhədlərdən kənarda yarana biləcək təhlükələri neytrallaşdırdıqları üçün niyə narahat olduqlarını açıqlamağa çağırıb. O, Türkiyənin təhlükəsizliyinin CHP-lilərin narahatlığı səbəbindən riskə atıla bilməyəcəyini əlavə edib.

    Hərbi-texniki əməkdaşlıqla bağlı suala gəlincə, Prezident Eurofighter təchizatı barədə danışıqların aparıldığını, bu çərçivədə Qətər və Omanla görüşlər yürüdüldüyünü bildirib.

    “İndi bu görüşmələri mən də apardım. Müdafiə nazirim, Xarici işlər nazirim də bu təmasları reallaşdırdılar və növbəti mərhələdə də davam etdirəcəklər. Bunları sürətlə yekunlaşdıraraq Hərbi Hava Qüvvələrimizi daha da gücləndirmək istəyirik. Bu təyyarələrin alınması ilə Hava Qüvvələrimiz daha da güclənəcək.”-deyə o əlavə edib.

    #Rəcəb Tayyib Ərdoğan #Qətər #İraq #Suriya #Oman #Suriya xəbərləri #Suriya münaqişəsi #Suriya siyasi həll #Cümhuriyyət Xalq Partiyası (CHP)
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Almaniya Kansleri Fridrix Mers gələn həftə Türkiyəyə səfər edəcək

    24 Oktyabr 2025 14:33

    Türkiyə Suriyanın şimalında tunelləri məhv edib

    23 Oktyabr 2025 18:50

    Əsədə qarşı 2013-cü il kimyəvi hücumları ilə bağlı üçüncü beynəlxalq həbs qərarı verildi

    23 Oktyabr 2025 18:34

    Türkiyə ilə Oman arasında bir sıra sahələrdə əməkdaşlıq sazişləri imzalanıb

    23 Oktyabr 2025 15:23

    6 Azərbaycan vətəndaşı Suriyadan repatriasiya edilib

    23 Oktyabr 2025 13:14

    Ərdoğan Körfəz turunun son dayanacağı olan Omanda Sultan Heysəm bin Tariqlə görüşüb

    23 Oktyabr 2025 11:49

    İraq hökuməti ABŞ-la ikitərəfli əməkdaşlıq dinamizmini davam etdirməyə sadiqdir

    22 Oktyabr 2025 16:00

    Ərdoğan və Əl Tani-nin iştirakı ilə Türkiyə–Qətər arasında 12 saziş imzalanıb

    22 Oktyabr 2025 15:36

    Ərdoğan və Əl Tani Dohada ikitərəfli münasibətləri müzakirə ediblər

    22 Oktyabr 2025 12:50

    Suriyanın yenidənqurma xərcləri 216 milyard dolları ötüb

    22 Oktyabr 2025 10:04

    Türkiyədən İraqa hazır geyim ixracı artıb (ÖZƏL)

    21 Oktyabr 2025 17:51

    Türkiyə və Küveyt arasında 4 yeni əməkdaşlıq sazişi imzalanıb

    21 Oktyabr 2025 16:35
    Demo
    XƏBƏR LENTİ

    Türkiyədə Özbəkistan Şirkətlərinin Qeydiyyatı və Sərmayəsi artıb (ÖZƏL)

    Qəzzada HƏMAS idarəçilikdə yer ala bilməz - Rubio

    Qərb Sahilinin ilhaqı beynəlxalq hüququn kobud pozulmasıdır - BMT

    Vladimir Putin Prezident İlham Əliyevə zəng edib

    “Sputnik Azərbaycan”ın şef redaktoru ev dustaqlığına buraxıldı

    Almaniya Kansleri Fridrix Mers gələn həftə Türkiyəyə səfər edəcək

    Yeni Klinikada “Çəhrayı lent” adlı maarifləndirmə seminarı baş tutub

    Erhürman KKTC-də Prezidentlik vəzifəsini rəsmi olaraq öhdəsinə götürüb

    Prezident İlham Əliyev Yardımlıda avtomobil yolunun təmirinə iki milyon manat ayırıb

    Türkiyədən İrana kimyəvi maddə ixracı 365 milyon dolları keçib (ÖZƏL)

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.