BAKI, AzerVoice, Nailə Babazadə
2025-ci ilin yanvar – sentyabr aylarında Türkiyədən İraqa hazır geyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 7,2 faiz artaraq, 414 milyon 779 min 28 dollara bərabər olub.
Bu barədə AzerVoice-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
Türkiyə 2025-cü ilin sentyabr ayında İraqa hazır geyim ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 26,6 faiz artaraq, 71 milyon 924 min 22 dollara çatdırıb.
Qeyd edək ki, 2025-ci ilin yanvar-sentyabr aylarında Türkiyənin hazır geyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,5 faiz azalaraq, 12 milyard 712 milyon 390 min dollara bərabər olub.
“Bu ilin sentyabr ayında Türkiyə 1 milyard 490 milyon 561 min dollar məbləğində hazır geyim ixrac edib ki, bu da keçən ilin sentyabr ayı ilə müqayisədə 5,7 faiz azdır” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (sentyabr 2024-sentyabr 2025) Türkiyə 17 milyard 29 milyon 444 min dollar məbləğində hazır geyim ixrac edib.