Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Türk Dövlətləri

    “Bir millət, üç dövlət” anlayışı getdikcə möhkəmlənir - Ersin Tatar

    6 Oktyabr 2025 13:14
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice, Fərid Mikayılov

    Şimali Kipr Türk Respublikasının (KKTC) Prezidenti Ersin Tatar ölkəsinin Türkiyə və Azərbaycanla əlaqələrinin gündən-günə daha da inkişaf etdiyini bildirib.

    AzerVoice xəbər verir ki, prezident vurğulayıb ki, “Bir millət, üç dövlət” anlayışı getdikcə daha da yayılır və güclənir.

    Tatar bu fikirləri 6–7 oktyabrda Azərbaycanın Qəbələ şəhərində keçiriləcək Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvəsi ərəfəsində jurnalistlərə verdiyi açıqlamada səsləndirib.

    KKTC lideri, ölkəsinin TDT-də müşahidəçi üzv qismində iştirak etməsinin əhəmiyyətini vurğulayaraq bildirib ki, Türk dövlətləri ilə əlaqələrin genişlənməsi Kipr türklərinin beynəlxalq səviyyədə daha güclü təmsil olunmasına töhfə verir.

    Tatar qeyd edib ki, Şimali Kiprin Şərqi Aralıq dənizindəki strateji mövqeyi Türk dünyası üçün geosiyasi və geostrateji baxımdan mühüm əhəmiyyət daşıyır.

    “Biz TDT çərçivəsində daha aktiv rol oynamaq niyyətindəyik. Türk dünyasının birliyinə xidmət edən hər addım bizim üçün qürur mənbəyidir,” – deyə Tatar qeyd edib.

    Ersin Tatar, xüsusilə İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanla əlaqələrin daha da gücləndiyini bildirib.

    “Azərbaycanın KKTC-yə olan diqqəti və dəstəyi ‘Bir millət, üç dövlət’ anlayışının həm orada, həm də Şimali Kiprdə daha da dərinləşməsinə səbəb olub”- deyə KKTC lideri vurğulayıb.

    Tatar əlavə edib ki, Kipr türkləri yalnız Azərbaycan və Türkiyə ilə deyil, digər Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə də əməkdaşlığı genişləndirmək istiqamətində çalışır.

    #Türkiyə #Azərbaycan #Bakı #Türk Dövlətləri Təşkilatı (TDT) #KKTC #Ersin Tatar #Qəbələ #Türk dünyası #Azərbaycan - KKTC əməkdaşlığı
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Türkiyə ilə Nigeriya strateji tərəfdaşlığı gücləndirir

    27 Yanvar 2026 21:47

    Suriyanın sərvətləri terrora yox, xalqın rifahına xidmət etməlidir - Ərdoğan

    27 Yanvar 2026 19:29

    Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərilib

    27 Yanvar 2026 17:36

    2025-ci ildə 2813 ailə kirayə mexanizmi vasitəsilə mənzil sahibi olub

    27 Yanvar 2026 17:30

    Süni intellekt ixtisaslarına tələbat artacaq - Dövlət Məşğulluq Agentliyi

    27 Yanvar 2026 17:07

    Paytaxtda yeni parklanma yerləri təşkil edilib

    27 Yanvar 2026 14:09

    Dövlət Məşğulluq Agentliyi 2026-cı il üçün hədəflərini açıqlayıb

    27 Yanvar 2026 13:43

    Azərbaycanın vakansiya bankında 60 mindən çox yer var

    27 Yanvar 2026 13:19

    Mikromobillik vasitələri ilə 13 milyon kilometr məsafə qət edilib

    26 Yanvar 2026 17:04

    Azərbaycanın qış turizmi imkanları Almaniyada tanıdılıb

    26 Yanvar 2026 16:53

    Dövlət teatrlarında idarəetmə mexanizmləri təkmilləşdirilib

    26 Yanvar 2026 16:39

    Dövlət Komitəsinin sədri Qobustanda vətəndaşları qəbul edib

    26 Yanvar 2026 16:33
    Demo
    XƏBƏR LENTİ

    AQC-nin yeni İdarə Heyətinin iclasında mühüm qərarlar qəbul edilib

    Bakı Metropoliteninin nümayəndə heyəti Çində strateji görüşlər keçirib

    Türk Mədəniyyəti və İrsi Fondu ilə Qazaxıstan Milli Bankı arasında yeni əməkdaşlıq perspektivləri müzakirə edilib

    Aİ İranın əsas güc strukturunu terror siyahısına salmağa hazırlaşır - Rufiz Hafizoğlu

    Türkiyə ilə Nigeriya strateji tərəfdaşlığı gücləndirir

    Qrenlandiya böhranı böyüyür - Avropa Trampın təzyiqlərinə qarşı birləşir

    İraqda prezident seçkisi təxirə salındı

    Nigeriya ilə 5 milyard dollarlıq ticarəti hədəfləyirik - Ərdoğan

    Dövlət Məşğulluq Agentliyi 2025-ci ilin yekunlarını və 2026-cı ilin hədəflərini açıqlayıb

    Pəhləvi İtaliyanın SEPAH-ı terror siyahısına salmaq təşəbbüsünü dəstəklədi

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.