BAKI, AzerVoice
Dövlət Məşğulluq Agentliyi sosial tərəfdaşlarla, işəgötürənlərlə aktiv əməkdaşlıq edir. 2026-cı ildə məzmunun genişləndirilməsi ilə bağlı işlər həyata keçirəcəyik. Həmçinin yeni iş yerlərinin yaradılmasını və mövcud iş yerlərinin saxlanılmasını da təşviq edirik. 2025-ci ildə 448 işəgötürənlə əməkhaqqının birgə maliyyələşdirilməsi prosesi həyata keçirilib. Bu istiqamətdə 1763 vətəndaşımız da işlə təmin edilib.
AzerVoice xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov 2025-ci ilin yekunlarına və 2026-cı ilin hədəflərinə həsr olunan mətbuat konfransında deyib.
Agentliyin sədri, həmçinin 2025- ci ildə 218 əmək yarmarkasının təşkil edildiyini bildirib. O, yarmarkalarda 2200-dən çox işəgötürənin 18 mindən çox vakansiya ilə iştirak etdiyini diqqətə çatdırıb.