Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Türk Dövlətləri

    Türkiyədə zəlzələdən sonra bölgədə min 235 yeraltı təkan qeydə alınıb

    13 Avqust 2025 11:34
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    Türkiyədə Balıkesirdə baş verən 6,1 bal gücündə zəlzələ bölgədə ciddi narahatlığa səbəb olub. Zəlzələ nəticəsində 1 nəfər həyatını itirib, 29 nəfər yaralanıb, İndiyədək 10-u 4 baldan yuxarı olmaqla 786 artçı zəlzələ baş verib.

    AzerVoice xəbər verir ki, AFAD-ın məlumatına görə, əsas zəlzələ 11 avqust saat 19:53-də (Bakı vaxtı ilə saat 20:53-də) qeydə alınıb, 11 km dərinlikdə baş verib. İlk ardıcıl sarsıntı isə cəmi 4 dəqiqə sonra – saat 19:57-də (3,7 bal gücündə) qeydə alınıb.

    Zəlzələ təkcə Balıkəsirdə deyil, İzmir, İstanbul, Kütahya, Manisa, Eskişehir, Aydın, Sakarya, Tekirdağ, Yalova və Uşak daxil olmaqla bir sıra şəhərlərdə də hiss olunub. İstanbulda bir çox vətəndaşlar evlərini tərk edərək park və açıq sahələrdə gözləyib.

    Türkiyə Daxili İşlər Naziri Ali Yerlikaya bildirib ki, zəlzələ nəticəsində 81 yaşlı bir vətəndaş xilas edilsə də, bütün müdaxilələrə baxmayaraq vəfat edib. Ümumilikdə 29 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb, lakin yaralıların həyati təhlükəsi yoxdur.

    Türkiyə Səhiyyə Naziri Kemal Memişoğlu sosial media üzərindən açıqlamasında 4 yaralının müalicəsinin xəstəxanalarda davam etdiyini və vəziyyətlərinin stabil olduğunu bildirib.

    Zəlzələ nəticəsində 68 kənddə 16 bina dağılıb, lakin içərisində insan olan 4 binadan sakinlər sağ-salamat xilas ola biliblər.

    Türkiyə Çevrə və Şəhərsalma Naziri Murat Kurum bildirib ki, əraziyə göndərilən qruplar hasar tespiti işlərinə başlayıb və hər bir məlumat diqqətlə dəyərləndirilir.

    AFAD isə vətəndaşlara zədələnmiş binalara daxil olmamağı, yalnız rəsmi mənbələrə etibar etməyi və mümkün qədər SMS və internet əsaslı mesajlaşma vasitələrindən istifadə etməyi tövsiyə edib.

    AFAD, zəlzələdən dərhal sonra “Türkiyə Fəlakətlərlə Müdaxilə Planı” (TAMP)-ın aktivləşdirildiyini, müxtəlif bölgələrdən yardım və axtarış-xilasetmə qruplarının əraziyə cəlb edildiyini bildirib.

    Türkiyə Prezidentinin Kommunikasiya Direktoru Burhanettin Duran, dezinformasiyaya qarşı xəbərdarlıq edərək, yalnız rəsmi məlumatlara etibar edilməsinin vacibliyini vurğulayıb.

    #Türkiyə Səhiyyə Nazirliyi #AFAD #Türkiyə Daxili İşlər Nazirliyi #Ali Yerlikaya #zəlzələ #Murat Kurum #Balıkesir #Kemal Memişoğlu #Zəlzələ Xəbərləri #Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi #Zəlzələ diplomatiyası #Zəlzələlərin siyasi təsiri #Türkiyədə zəlzələ 2025 #Zəlzələnin təsiri və nəticələri #Türkiyə Fəlakətlərə Müdaxilə Planı (TAMP) #zəlzələ qorxusu #Burhanəddin Duran #Zəlzələ xəbəri #6 bal gücündə zəlzələ
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Səudiyyə Ərəbistanının Şərq bölgəsində zəlzələ baş verib

    17 Dekabr 2025 15:26

    Türkiyədə 4,2 bal gücündə zəlzələ baş verib

    15 Dekabr 2025 14:19

    Türk dili yalnızca bir ünsiyyət vasitəsi deyil, ortaq dəyərlərimizin və mədəniyyətimizin daşıyıcısıdır - Duran

    15 Dekabr 2025 13:37

    Ərdoğan Türkmənistanda Putinlə görüşüb

    12 Dekabr 2025 14:49

    Yaponiya sahillərində 6,7 bal gücündə zəlzələ baş verib

    12 Dekabr 2025 09:10

    Balıkesirdə 4,9 bal gücündə zəlzələ baş verib

    11 Dekabr 2025 11:31

    Türkiyədə İŞİD-ə qarşı əməliyyat keçirilib

    11 Dekabr 2025 09:24

    Ərdoğan Türkmənistana səfər edəcək

    10 Dekabr 2025 15:16

    Türkiyədə 4,2 bal gücündə zəlzələ olub

    9 Dekabr 2025 16:56

    Türkiyədə kibercinayətkarlığa qarşı əməliyyatlar keçirilib

    9 Dekabr 2025 09:16

    Türkiyədə 4,9 bal gücündə zəlzələ olub

    8 Dekabr 2025 14:51

    Antalyada 4,3 bal gücündə zəlzələ olub

    8 Dekabr 2025 09:39
    Demo
    XƏBƏR LENTİ

    Tacikistan Rusiyada məktəblinin öldürülməsini etnik nifrət zəminində hücum kimi qiymətləndirib

    Çinin yeni aviadaşıyan gəmisi Fuçzyan ilk dəfə Tayvan boğazından keçib

    Hanuka bayramının dördüncü günündə 600-dən çox israilli Əl-Əqsaya daxil olub

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işəgötürənlərlə növbəti görüş olub

    Qarabağ DOST Evinə daha 21 yeni benefisiar qəbul edilib

    Atlantikadan boşluğa: Trampın strategiyası qarışıqlığın manifesti kimi

    Türkiyədən Özbəkistana sement ixracı artıb (ÖZƏL)

    Süd və ət istehsalı üzrə mövcud problemlər və qida təhlükəsizliyi müzakirə edilib

    Çin və Filippin arasında Cənubi Çin dənizində gərginlik artıb

    Baş nazir "Beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsi üzrə Tədbirlər Planı"nı təsdiqləyib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.