Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Türkiyə

    Türkiyədə kibercinayətkarlığa qarşı əməliyyatlar keçirilib

    9 Dekabr 2025 09:16
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Fərid Mikayılov

    Türkiyədə kibercinayətkarlığa qarşı aparılan genişmiqyaslı əməliyyatlar çərçivəsində son beş gündə 24 şəhərdə 204 nəfər saxlanılıb.

    AzerVoice xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya X məlumat yayıb.

    O bildirib ki, əməliyyatlar Kibercinayətkarlıqla Mübarizə İdarəsi və Maliyyə Cinayətlərinin Araşdırılması Şurası (MASAK) tərəfindən koordinasiyalı şəkildə aparılıb.

    Əməliyyatlar nəticəsində saxlanılan 204 nəfərdən 68-i məhkəmə qərarı ilə həbs olunub, 30 nəfər barəsində isə məhkəmə nəzarəti tədbirləri tətbiq edilib. Qalan şübhəlilərlə bağlı hüquqi prosedurlar davam edir.

    İstintaq zamanı müəyyən edilib ki, şübhəlilər:

    • qanunsuz mərc və qumar platformaları üzərindən pul dövriyyəsi həyata keçirib,
    • bu saytların reklamı və istifadəçi cəlbi ilə məşğul olub,
    • uşaq müstəhənliyi ilə bağlı materiallar saxlayıb və yayıb,
    • sosial şəbəkələrdə saxta profillər yaradaraq vətəndaşları aldadıb,
    • “dövlət qurumu əməkdaşı”, “ucuz kredit”, “mal və xidmət satışı” kimi mövzular altında fırıldaqçılıq edib,
    • şəxsi məlumatların əldə edilməsi və paylaşılması ilə bağlı qanunsuz fəaliyyət göstərib.

    Nazir Ali Yerlikaya bildirib ki, kibercinayətkarlıqla mübarizə qətiyyətlə davam etdiriləcək.

    “Bu şəbəkələr vasitəsilə törədilən qanunsuz mərc və dələduzluq cinayətlərinin qarşısı alındı. Vətəndaşlarımızı diqqətli olmağa çağırırıq”- deyə o bildirib.

    #Türkiyə #Türkiyə Daxili İşlər Nazirliyi #Ali Yerlikaya #kibertəhlükəsizlik #kibercinayətkarlıq #kiberəməliyyat #Kibertəhlükəsizlik əməkdaşlığı #2025 kiber təhlükəsizlik xəbərləri
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Türkiyə 17 axtarılan şəxsi xaricdən gətirdi

    17 Yanvar 2026 13:25

    Tramp Qəzzada Sülh Şurasının yaradıldığını elan etdi

    16 Yanvar 2026 09:09

    Türkiyə vitse-prezidenti ABŞ səfirini qəbul edib

    15 Yanvar 2026 13:10

    Türkiyədə texniki təmir xidməti satın alınacaq

    14 Yanvar 2026 17:43

    Türkiyə–Azərbaycan münasibətlərində 34 il - Strateji müttəfiqliyin formalaşma yolu

    14 Yanvar 2026 17:14

    bp Xəzərdə qazma məhlullarının təkrar emalı üçün innovativ yanaşma tətbiq edir

    14 Yanvar 2026 14:51

    Abbas Əraqçi və Hakan Fidan regional gərginliyi müzakirə ediblər

    14 Yanvar 2026 12:56

    İran: uzun sürən çürümə və bir günün içində çökmə

    14 Yanvar 2026 12:54

    ADEX 2026: Müdafiə sənayesində yeni məhsul və texnologiyalar Bakıda sərgilənəcək

    14 Yanvar 2026 12:28

    Antalyada korrupsiyaya qarşı əməliyyat: 15 nəfər saxlanıldı

    14 Yanvar 2026 11:39

    ABŞ İrandakı vətəndaşlarına xəbərdarlıq etdi - “Dərhal ölkəni tərk edin”

    14 Yanvar 2026 09:23

    Türkiyənin 16 vilayətində FETÖ-yə qarşı əməliyyat: 81 nəfər saxlanılıb

    12 Yanvar 2026 10:24
    Demo
    XƏBƏR LENTİ

    QSD ABŞ-ın Suriyada siyasi gigiyenik vasitəsi oldu - istifadə etdi və atdı

    Bu gün İndira Qandi Hindistanın Baş naziri seçildi

    Toni Bleyer Trampın Sülh Şurası üçün 1 milyard dollarlıq rüsuma dəstək vermədi

    Tarixdə bu gün – 19 yanvar

    Mark Karni NATO-nu Arktikanın təhlükəsizliyini təmin etməyə çağırdı

    Tramp NATO-nun baş katibi ilə Qrenlandiya ətrafındakı vəziyyəti müzakirə etdi

    Suriya hakimiyyəti SDQ ilə atəşkəs barədə razılığa gəldi

    "Real" Portuqaliya millisinin üzvünü istəyir

    İran XİN: Tehranda heç bir diplomatik nümayəndəlik bağlanmadı

    Orta əsrlərin ensiklopedik dahisi - Əbu Reyhan Biruni kimdir?

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.