Əsas səhifə » Türk Dünyası Xarici Əlaqələr Komissiyasının rəhbərləri bir araya gəlib

Türk Dünyası Xarici Əlaqələr Komissiyasının rəhbərləri bir araya gəlib

Bakı,AzerVoice

Türk Dövlətləri Parlamentlərinin Xarici İşlər Komissiyaları Toplantısı Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici İşlər Komissiyasının sədri Fuat Oktayın rəhbərliyi altında İstanbulda başladı.

AzerVoice xəbər verir ki, iki gün davam edəcək toplantılarda qlobal və regional məsələlərlə yanaşı, Türk Dünyası və parlament diplomatiyası mövzuları müzakirə olunacaq.

Toplantıda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Şimali Kipr Türk Cümhuriyyətindən (ŞKTC) komissiya sədrləri iştirak edərkən, ölkələrin millət vəkilləri, səfirləri və Türk Dünyasından bir çox təşkilat nümayəndələri də toplantıya qatılıb.

İki sessiyadan ibarət proqramda Rusiya-Ukrayna müharibəsi, Fələstin və Suriyadakı son hadisələr başda olmaqla, qlobal və regional mövzularla yanaşı, Türk Dünyasında əməkdaşlıq üçün atılacaq addımlar da müzakirə olunacaq.

Digər Kateqoriyalar

2025 © Azervoice