Bakı. AzerVoice:
Türkiyənin sürətlə inkişaf edən Müdafiə sənayesi investisiyalarını zəlzələ bölgələrindəki şəhərlərimizə yönəldirik.
AzerVoice xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
"TUSAŞ-ın koordinasiyasında müdafiə sənayesi şirkətlərimizlə ortaq şəkildə Adıyamanda laboratoriya, sınaq infrastrukturu, kabel istehsalı müəssisəsi qururuq.Tikintisi davam edən bu obyekt ilin sonuna kimi istifadəyə veriləcək. Beləliklə, biz artıq sənaye sahəsində ciddi sıçrayış edən şəhərimizi müdafiə sənayemizin mərkəzlərindən birinə çevirəcəyik", - deyə o vurğulayıb.
Xatırladaq ki, 2023-cü il fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 və 7.6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Zəlzələ nəticəsində ölənlərin sayı 50 min 783-ə çatıb.