Bakı. AzerVoice:
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Adıyamanda zəlzələ qurbanlarının ailələri ilə görüşəcək.
AzerVoice xəbər verir ki, o, həmçinin, tikintisi başa çatan 2 min 798 evin sahiblərinə təhvil veriləcəyi mərasimdə iştirak edəcək.
Məlumata əsasən, Hatay, Qaziantep, Kahramanmaraş və Şanlıurfadakı evlərlə birlikdə zəlzələdən zərərçəkmiş əhaliyə təhvil verilən evlərin sayı 31 min 374-ə çatacaq.
Xatırladaq ki, 2023-cü il fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 və 7.6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Zəlzələ nəticəsində ölənlərin sayı 50 min 783-ə çatıb.