BAKI,AzerVoice, Fərid Mikayılov
Ankara Yıldırım Bəyazıt Universiteti tələbə və əməkdaşlar üçün 600 min porsiya yeməyin hazırlanması və çatdırılması ilə bağlı açıq tender elan edib
Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. İşin icra müddəti 12 ay təşkil edir.
Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:
- Türkiyə Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklər olmamalı;
- Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;
- Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalıdır.
Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı:
- Tender təklifləri 12 noyabr 2025-ci il tarixinə qədər "Halil Sezai Erkut Cad. Sazak Sok. No: 2 Etlik-Keçiören / Ankara Keçiören/Ankara " ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir