BAKI, AzerVoice
Kayseri Nəqliyyat, Turizm, İnşaat, Müqavilə Öhdəliyi, Layihə Müşavirliyi və Telekommunikasiya Şirkəti 1,7 milyon litrlik dizel yanacaq alışı üzrə tender elan edib.
Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Qeyd olunun yanacaq tenderin nəticələri açıqlandıqdan sonra 7 ay ərzində hissə-hissə təhvil alınacaq.
Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:
- Türkiyə Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklər olmamalı;
- Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;
- Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalıdır.
Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı:
- Tender təklifləri 18 avqust 2025-ci il tarixinə qədər "Kayseri OSB Mahallesi 7.Cadde No:4 Melikgazi/Kayseri" ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir