BAKI,AzerVoice
Ədirnədə yerləşən Trakya Universiteti tərəfindən texniki işlərdə istifadə olunmaq üçün 109 növ elektrik və təsisat materialı alımı üçün tender elan edilib.
Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Ləvazimatlar müqavilənin imzalandığı tarixdən 31 dekabr 2025-ci ilə qədər, universitetin ehtiyaclarına və stok vəziyyətinə uyğun olaraq, tələb olunan miqdar və vaxtda çatdırılacaq. Təcili sifarişlər 48 saat, adi sifarişlər isə 15 gün ərzində təslim ediləcək.
Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:
- Türkiyə Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklər olmamalı;
- Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;
- Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalıdır.
Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı:
- Tender təklifləri 23 may 2025-ci il tarixinə qədər "Balkan Yerləşkəsi, Koca Sinan Məh., 22030 Edirnə Mərkəz/Edirnə" ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir