BAKI,AzerVoice
Türkiyənin Çanakkale Onsekiz Mart Universitetinin Sağlıq Tətbiq və Araşdırma Xəstəxanası, Tibb Patologiyası Laboratoriyası üçün 12 aylıq müddətdə istifadə ediləcək maye əsaslı sitologiya (sıvı bazlı sitoloji) analiz materiallarının alışı məqsədilə tender elan edib.
Tenderdə həm yerli, həm də xarici şirkətlərin iştirakı mümkündür. Məhsullar müqavilə imzalandıqdan sonra 15 gün ərzində təhvil verilməlidir.
Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:
- Türkiyə Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklər olmamalı;
- Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;
- Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalıdır.
Təkliflərin təqdim olunma müddəti:
Tender təklifləri 12 may 2025-ci il tarixindən gec olmayaraq, Çanakkale şəhəri, Barbaros Mahallesi, Prof. Dr. Sevim Bluç Sk., Terzioğlu Kampüsü ünvanına bağlı və möhürlənmiş zərf şəklində təqdim olunmalıdır.