BAKI,AzerVoice
Ərzurum Böyükşəhər Bələdiyyəsi 200 ton bitumlu bağlayıcı, 8 min ton müxtəlif siniflərdə bitum və 7 min ton asfalt emulsiyası alımı üçün tender elan edilib
Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Tenderdə qeyd olunun materiallar işə başlama tarixindən etibarən 180 gün, Bələdiyyənin tələbi ilə 24 saat ərzində təslim edilməlidir
Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:
- Türkiyə Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklər olmamalı;
- Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;
- Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalıdır.
Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı:
- Tender təklifləri 2 iyun 2025-ci il tarixinə qədər "Muratpaşa Məh., Mərkəz İdarəetmə Cad., 25100 Yakutiye/Erzurum" ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir