Əsas səhifə » Suriya prezidenti Əhməd Şaraa ilk dəfə Avropaya səfər edəcək

Suriya prezidenti Əhməd Şaraa ilk dəfə Avropaya səfər edəcək

BAKI, AzerVoice

Suriya prezidenti Əhməd Şaraa Fransaya rəsmi səfər edəcək.

AzerVoice xəbər verir ki, Suriya prezidenti Əhməd Şaraa Fransaya rəsmi səfər edəcək.

Fransa mediasının yaydığı məlumata görə, bu, Şaraanın Avropaya ilk səfəri olacaq və onun çərçivəsində Parisdə Fransa prezidenti Emmanuel Makronla görüş planlaşdırılıb.

Yelisey Sarayının yaydığı açıqlamada Emmanuel Makronun Suriyada hüquqlara hörmət edilən, azad və sabit bir dövlətin qurulmasına dəstək verəcəyi vurğulanıb. Bildirilib ki, Fransa Suriyanın yenidən qurulması prosesində əməkdaşlığa hazırdır.

Qeyd edək ki, bu səfər beynəlxalq diplomatiyada Suriya ilə Avropa İttifaqı ölkələri arasında münasibətlərin bərpası baxımından mühüm əhəmiyyət daşıyır.

Digər Kateqoriyalar

2025 © Azervoice