BAKI, AzerVoice
İngiltərə 3 qrupu terror təşkilatı elan etməyə hazırlaşır.
AzerVoice xəbər verir ki, Böyük Britaniyanın daxili işlər naziri İvette Kuper Fələstin Fəaliyyəti, neonasist Maniacs Murder Cult və Rusiya millətçi Rusiya İmperator Hərəkatını terror təşkilatı elan etmək üçün parlamentə qanun layihəsi təqdim edib.
Nazir Kuper bildirib ki, bu addım ölkənin demokratiyasını və milli təhlükəsizliyini qorumaq məqsədi daşıyır. Qanun qəbul edilərsə, bu qrupların üzvləri 14 ilə qədər həbs cəzası ala biləcək.
Fələstin Fəaliyyəti İngiltərədə İsraillə əməkdaşlıq edən şirkətlərə qarşı aksiyaları ilə təxminən 1 milyon funt sterlinq zərər vurub. Maniacs Murder Cult neo-nasist qrup olaraq zorakılığa təhrik edir, Rusiya İmperator Hərəkatı isə ağ irqi üstün tutaraq “yeni Rusiya İmperiyası” yaratmaq məqsədi güdür və Ukraynada döyüşlərdə iştirak edir.
Layihənin parlamentdə müzakirəsi sabah başlayacaq və qəbul olunarsa, qərar həftəsonu qüvvəyə minəcək.