Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Suriya

    Xarici ölkələrdən Suriyaya qayıdan vətəndaşların sayı artıb - BMT

    30 İyun 2025 19:27
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    May ayında qaçqın düşərgələrindən və xarici ölkələrdən Suriyaya qayıdanların sayı əvvəlki ayla müqayisədə 45 faiz artıb.

    AzerVoice xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) məlumat verib.

    Komissarlıq bildirib ki, yalnız may ayında qurumda qeydiyyatda olan 15 mindən çox qaçqın geri qayıdıb. Bəşşar Əsəd rejiminin devrilməsindən bəri yeddi ay ərzində ümumilikdə 2 milyon 100 minə yaxın qaçqın və məcburi köçkün öz vətəninə qayıdıb.

    Yay aylarında və məktəb tətili dövründə bu artım gözlənilirdi. Lakin genişmiqyaslı dağıntılar səbəbilə hər zərər görmüş bölgələrə axın, Suriya hökuməti qarşısında əlavə çətinliklər yaradıb. Bu bölgələr əsasən ölkədaxili düşərgələrdən və qonşu ölkələrdən qayıdanların yerləşdiyi ərazilərdir.

    Komissarlığın məlumatına görə, son yeddi ayda Türkiyə, Livan, İordaniya, İraq və Misirdən 628 minə yaxın qaçqın Suriyaya qayıdıb. Beləliklə, cari ilin əvvəlindən bu yana qayıdanların ümumi sayı 989 min nəfərə çatıb. May ayına qədər İordaniyadan 75 min 500 nəfər, iyun ayında isə Türkiyədən 25 minə yaxın qaçqın vətəninə geri qayıdıb.

    #Türkiyə #BMT #Misir #Livan #İraq #Suriya #İordaniya #Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) #Suriyalı qaçqınların geri qaytarılması #Suriyalı qaçqınlar #Suriyalı qaçqınların qayıdışı
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Suriya Aralıq dənizi əməkdaşlıq forumunda iştirakını bərpa edib

    1 Dekabr 2025 14:47

    Suriya ərazisində İsrail qüvvələrinin hərbi fəaliyyəti artıb

    1 Dekabr 2025 14:05

    Qırğızıstanın 25 mindən çox vətəndaşı xaricdə səsvermədə iştirak edib - Qırğızıstan seçkiləri

    1 Dekabr 2025 10:04

    Qırğızıstanda növbədənkənar parlament seçkilərində səsvermə başa çatıb

    30 Noyabr 2025 19:12

    İran Türkiyənin Van şəhərində konsulluq açacaq

    30 Noyabr 2025 16:20

    Bərzani Ərdoğana təşəkkür etdi

    29 Noyabr 2025 16:38

    Hakan Fidan İrana rəsmi səfərə gedəcək

    29 Noyabr 2025 15:51

    "Virat" tankeri Türkiyə sahilləri yaxınlığında dron hücumuna məruz qalıb

    29 Noyabr 2025 14:33

    Türkiyədə FETÖ-yə qarşı əməliyyat keçirilib

    29 Noyabr 2025 14:31

    İran İsrailin Suriyaya hücumlarını pisləyib

    29 Noyabr 2025 13:45

    Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Çin tərəfdaşları ilə əlaqələrini genişləndirir

    29 Noyabr 2025 12:42

    Azərbaycan nefti bahalaşıb

    29 Noyabr 2025 10:51
    Demo
    XƏBƏR LENTİ

    Türkiyədə 100-dən çox terrorçu könüllü şəkildə təslim olub

    Türkiyə limanları ilə 30 milyon tondan çox inşaat məhsulları daşınıb (ÖZƏL)

    Suriya Aralıq dənizi əməkdaşlıq forumunda iştirakını bərpa edib

    Əli Kərimli barəsində həbs qətimkan tədbiri seçilib

    Bu həftə diplomatiya baxımından önəmli ola bilər - Kallas

    Suriya ərazisində İsrail qüvvələrinin hərbi fəaliyyəti artıb

    ATƏT-in Minsk Qrupu rəsmən ləğv olundu

    Prezident İlham Əliyev Zərdabda yol təmirinə 2 milyon manat ayırıb

    Torpaq korrupsiyası işi: Britaniyalı deputat Tulip Sidiq Banqladeşdə məhkum edildi

    Səudiyyə Yəməndə tibbi missiyasını genişlənir

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.