Əsas səhifə » Səudiyyə və ABŞ Suriyanın təhlükəsizliyi və iqtisadi dirçəlişi ilə bağlı razılığa gəliblər

Səudiyyə və ABŞ Suriyanın təhlükəsizliyi və iqtisadi dirçəlişi ilə bağlı razılığa gəliblər

BAKI, AzerVoice

Səudiyyə Ərəbistanı və ABŞ, Suriyanın təhlükəsizliyi, sabitliyi və iqtisadi dirçəlişinə dəstək məqsədilə mexanizmlərin qiymətləndirilməsi mövzusunda razılığa gəlib.

AzerVoice xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının SPA xəbər agentliyi məlumat yayıb.

Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan, ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi və Ankaradakı səfiri Tomas Barak ilə görüş keçirib. Görüşdə Suriyaya dəstəyin yolları müzakirə olunub.

Paytaxt Ər-Riyadda baş tutan görüşdə tərəflər Suriyanın təhlükəsizliyi, sabitliyi və iqtisadi bərpasına töhfə vermək məqsədilə dəstək mexanizmlərinin nəzərdən keçirilməsi barədə razılığa gəliblər.

Görüşün məzmununa dair əlavə təfərrüatlar paylaşılmayıb.

Digər Kateqoriyalar

2025 © Azervoice