BAKI, AzerVoice
Fransada 1350 məktəb bağlandı- İstilər tədrisi iflic edib.
AzerVoice xəbər verir ki, Fransada
hökm sürən ekstremal istilər səbəbindən təxminən 1350 məktəb bir
sutkalıq bağlanıb.
Bu qərar həm tam, həm də qismən bağlanan təhsil müəssisələrini
əhatə edir. Dünən də 750 məktəbdə dərslər dayandırılmışdı.
Fransa Meteorologiya Agentliyi Meteo France, Paris də daxil olmaqla 16 əyalətdə qırmızı, 68 əyalətdə isə narıncı dərəcəli həyəcan siqnalı elan edib. Ölkədə gündüz saatlarında havanın maksimum temperaturunun 41°C-yə çatacağı, minimum temperaturun isə 20°C-dən aşağı düşməyəcəyi gözlənilir.
Paris və ətraf bölgələrdə isti hava ilə birlikdə ozon çirkliliyi də artıb. Bu səbəbdən, Paris Polis Departamenti hava çirklənməsini azaldacaq tədbirlər görüb: yalnız ətraf mühitə daha az zərər verən avtomobillərin hərəkətinə icazə verilib, digərlərinin istifadəsi isə müvəqqəti məhdudlaşdırılıb.
Qeyd edək ki, artan temperatur səbəbindən Tarn-et-Qaronna bölgəsindəki Qofex Atom Elektrik Stansiyasının bir reaktorunun fəaliyyəti də iyunun 29-dan etibarən dayandırılıb.