Əsas səhifə » Suriya-Livan sərhədində fövqəladə tədbirlər görülüb

Suriya-Livan sərhədində fövqəladə tədbirlər görülüb

BAKI, AzerVoice

Livan ordusu Suriya ilə sərhəddə baş verən silahlı atışmadan sonra sərhəd xəttində təhlükəsizlik tədbirlərini ciddi şəkildə davam etdirir.

AzerVoice xəbər verir ki, bu barədə Livan Ordusunun verdiyi yazılı açıqlamada bildirilib.

Açıqlamada, ötən gün axşam saatlarında Suriya sərhədinə yaxın yerləşən Havş əs-Seyyid Əli qəsəbəsində baş verən hadisələrə diqqət çəkilib.

Açıqlamada qeyd olunub ki, sərhədə yaxın bölgədə qaçaqmalçılıqla bağlı yaranan mübahisələr səbəbilə Livan tərəfdən Suriya ərazisinə atəş açılıb. Suriya tərəfinin buna cavab verməsi ilə başlayan qarşıdurmalarda hər iki tərəfdən yaralananların olduğu bildirilib.

Atəş açan şəxslərin tutulması üçün Suriya sərhədi boyunca fövqəladə təhlükəsizlik tədbirlərinin həyata keçirildiyi vurğulanıb. Hərbi birləşmələrin fəaliyyəti nəticəsində Livandan Suriya istiqamətinə atəş açan şəxsin saxlanıldığı qeyd olunub.

Açıqlamada həmin şəxsin silahlı bir qaçaqmalçılıq qrupunun üzvü olduğu vurğulanıb və Livan ordusunun məsələ ilə bağlı suriyalı həmkarları ilə apardığı məsləhətləşmələr nəticəsində gərginliyin azaldıldığı bildirilib.

Digər tərəfdən, Suriya KİV-ləri "Hizbullah"ın Suriyanın Hums vilayətinin qərbində yerləşən Əl-Kuseyr bölgəsindəki hərbi birləşmələrinə Livan ərazisindən beş raket atdığını bildiriblər.

Qeyd edək ki, ötən ay da Livanın Havş əs-Seyyid Əli və Maşrəfə qəsəbələrində silahlı toqquşmalar baş vermişdi.

Digər Kateqoriyalar

2025 © Azervoice